1000 illik cəsədlər tapılıb

25 Oktyabr 2013 15:44 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Perunun paytaxtı Limanın mərkəzindəki arxeologiya sahəsində, Vari mədəniyyətinə aid məzar və içində mumiyalanmış iki cəsəd tapılıb. Limadakı arxeologiya sahəsində çalışan elm adamları sözügedən məzarın yaşının min ildən  çox olduğunu, cəsədlərin isə biri körpə, digəri isə yetgin olan insana aid olduğu deyilib. 

Bölgədə çalışan arxeoloqlardan İzaabel Flores, cəsədi tapılan yetkinin toxucu olduğunu düşündüklərini bildirib. Floresin verdiyi məlumata görə digər cəsəd isə bu toxucu yetkin uğruna öldürülən və yanına basdırılan körpəyə aiddir.

Arxeoloqlar, cəsədlərin orqanları üzərində lazımlı araşdırmaları etdikdən sonra daha detallı məlumatlar əldə edəcək. Vari mədəniyyəti 600-1000 illəri arasında, İnk İmperatorluğu ortaya çıxmadan təxminən 500 il əvvəl bu bölgədə varlığını davam etdirmişdi. İndiyə qədər Limadakı bu arxeoloji sahədə təxminən 70 Vari məzarı tapılıb.