Amazonda işləyənlərin sayı 100 mini keçdi

25 Oktyabr 2013 16:34 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İnternet alış-veriş saytı Amazon üçüncü rübdən etibarən çalışan işçi sayını açıqlayıb. Şirkət daxilində 109 min 800 nəfərin çalışdığı deyilib. Amazonda ötən yarımil  çalışan işçi sayı isə 97 min olub. . Bununla yanaşı şirkətin yaxınlaşan bayram mövsümü üçün 70 min müvəqqəti personalı işlə təmin edəcəyi deyilib. 

Digər texnologiya şirkətlərindən Foxconnda 940 min, IBMə 433 min, Samsungdan 371 min, Hevlett-Packardda 331 min 800, Fujitsuda 173 min və Dell 106 min nəfər çalışır. Proqram nəhəngi Microsoft daxilində işləyən insan sayı isə 90 mindir.