Azay Quliyev Gürcüstandakı Prezident seçkilərini müşahidə edəcək

25 Oktyabr 2013 16:19 (UTC+04:00)

ATƏT Parlament Assambleyasının (PA) Büro üzvü, komitə sədrinin müavini Azay Quliyev oktyabrın 27-də Gürcüstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün ayın 26-dan 28-dək Tbilisidə səfərdə olacaq.


Milli Məclisdən Trend-ə bildiriblər ki, səfər çərçivəsində ATƏT PA, Avropa Parlamenti və AŞ PA nümayəndə heyətləri ilə birgə prezidentliyə namizədlərlə görüş keçiriləcək, ATƏT DTİHB-in rəhbəri ilə seçki günü və sonra birgə fəaliyyətin əlaqələndirilməsi məsələləri müzakirə olunacaq.


Oktyabrın 26-da beynəlxalq QHT-lər və KİV nümayəndələri ilə də ayrı-ayrılıqda görüşlərin keçirilməsi də nəzərdə tutulur. Oktyabrın 27-də millət vəkili Tbilisidə seçki məntəqələrində olacaq, səsvermə və səslərin hesablanması prosesini müşahidə edəcəkdir.


Oktyabrın 28-də seçkilərin yekununa dair ATƏT PA, Avropa Parlamenti və AŞPA nümayəndə heyəti ATƏT DTİHB-lə birgə rəylə çıxış etmələri gözlənilir.