Sənətçilər belə yarışacaq-VİDEO

25 Oktyabr 2013 17:20 (UTC+04:00)
Şou-biznesin tanınmış simaları bu dəfə çəkdikləri kliplərlə yarışa girəcək. 

Axşam.az-ın məlumatına görə, məşhurlar ATV telekanalında yayımlanan "Onlar" verilişinin yeni rubrikası "Top 10"da üz-üzə gələcək.

Onlardan kimin ekran işinin çox sevildiyi səsvermə vasitəsilə müəyyənləşəcək. Siyahıda əməkdar artist Abbas Bağırovun "Sev məni", Tünzalə Ağayevanın "İstəyirəm", müğənni Ayan Babakişiyevanın "Mən olacağam", Günay İbrahimlinin "Söz olar", Natavan Həbibinin "Sus", Elnur Məmmədovun "Sərin gecələr", Eldar Qasımovun "The one", Sevda Yahyayevanın "Unut", Röyanın "Gəmiçilər", xalq artisti Aygün Kazımova və reper Snop Doqun "Coffee from Colombia" klipləri yer alıb. 

Ekran işlərinə səs vermək üçün "Onlar" verilişinin "Facebook"dakı 

"www.facebook.com/10lar" səhifəsinə daxil olun.