Daha bir "Titanic" gəmisi gəlir?

25 Oktyabr 2013 17:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin cənub-qərbindəki Siçuan əyalətində 1912-ci ildə batan Titanic gəmisinin eynisi hazırlanacaq.  Milli mətbuatdakı xəbərlərdə, layihənin " Romantic Mediterranean Seven- Star International Tourism and Resorts Zones " adlı planın bir hissəsi kimi həyata keçiriləcəyi və qərarın 14-cü Qərbi Çin Beynəlxalq Sərgisində açıqlandığı qeyd edilib. Layihənin sponsorluğunu ölkədəki Yeddi Ulduz Enerji Qrupunun boynuna götürəcəyi ifadə edilib. Çində hazırlanacaq Titanicin orijinalının 1:1 Replikas şəklində ediləcəyi və 28 metr enində, 270 metr uzunluğunda, yüksəkliyinin isə döşəmədən körpünün üstünə qədər 31,7 metr olacağı qeyd edilib. Sponsor şirkətin başçısı Su Şaocün , orijinal Titanicin yalnız planı üçün milyonlarla dollar xərcləndiyini ifadə edərək , gəminin batmasının ardınca planın hissələrə ayrıldığını qeyd edib. Su , illərlə çalışdıqdan sonra planın böyük bir hissəsini yerinə yetirdiklərini bildirib. Orijinal kopiyanın inşasının bu ilin sonuna qədər başlayacağı deyib.