Minskdə MDB sammiti başlayıb

25 Oktyabr 2013 17:09 (UTC+04:00)

Belarusun paytaxtı Minsk şəhərində MDB ölkələri dövlət başçılarının zirvə toplantısı başlayıb.


APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, toplantıda Belarus, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan və Moldova prezidentləri, Qırğızıstan baş nazirinin birinci müavini və Türkmənistan baş nazirinin müavini iştirak edir. 

 

Sammitin gündəmində iqtisadi, humanitar və təhlükəsizlik sahələrinə aid 14 məsələ var.

 

Yığıncağı açan Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus öz suverenliyi və müstəqilliyini MDB ölkələri ilə sıx əməkdaşlıq olmadan təsəvvür etmir: "Bundan başqa, biz son əsrdə vahid ailə kimi bərabər yaşadığımız xalqlarla əməkdaşlıq olmadan özümüzü uğurlu dövlət kimi də görə bilmərik".

 

A. Lukaşenko İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib və Tacikistan prezidenti Emomali Rahmona qarşıdakı seçkilərdə uğurlar arzulayıb.