Kiyevdə Azərbaycan-Ukrayna əlaqələrin perspektivləri müzakirə olunub

25 Oktyabr 2013 17:33 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 10-cu iclası keçiriləcək.

Trend Ukrayna XİN-in rəsmi saytına istinadən məlumat verib ki, iclasa hazırlıq məsələlərini Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko müzakirə ediblər.

Görüş zamanı tərəflər yüksək səviyyədə siyasi dialoq daxil olmaqla, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivləri kimi aktual məsələləri müzakirə ediblər.