Əli Əhmədov hökumətdə sosial sahələrə nəzarət edəcək

25 Oktyabr 2013 17:40 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin olunan Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədovun məsul olduğu sahə açıqlanıb.


YAP icra katibinin müavini Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, Ə. Əhmədov baş nazirin müavini kimi hökumətdə sosial sahələrə nəzarət edəcək.

 

Yeni müavinlərin vəzifə bölgüsü Nazirlər Kabinetində ötən gün keçirilən toplantıda müəyyənləşib.