Dünyanın ən uzun boylu iti öldü

25 Oktyabr 2013 23:23 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Böyük Danimarkalı cins itin ölüm xəbəri Corcun rəsmi Facebook səhifəsində açıqlanıb. Sahibi David Nasser "Nəhəng Corcun dünən gecə öldüyünü, ürəyimizdə dərin bir kədərlə bildiririk " deyə yazıb. "Nəhəng Corc həyatına 13 baladan biri olaraq başlayıb. Lakin böyüdükcə pəncələri çiyinə 109 sm yüksəkliyə çatıb. 2010 -ci ildə Guinness World Records tərəfindən dünyanın yaşayan ən uzun boylu iti seçilib. Bu ünvanlar sayəsində "Oprah Winfrey Show və ABC"in Good Morning America proqramlarına qonaq olub. Həmçinin öz web , Facebook səhifəsi və Tvitter hesabı var idi. Çikaqoda bir tədbirdə iştirak etmək üçün 2010 -ci ildə etdiyi bir təyyarə səyahətində , Corcun özünə üç kreslo verilib. Hər ay 50 kq qida qəbul edirdi. Corc o qədər böyük idi ki , evin içində özünə aid iki nəfərlik şəxsiyyət bir yataqda yatırdı. Keçən həftə ölənə qədər də bu yataqda yatdı." deyə sözlərinə əlavə edib.