WiFi modemlər yoxlanılacaq

25 Oktyabr 2013 18:15 (UTC+04:00)
Avtobuslarda WiFi modemlər quraşdırılarsa, Respublika Gigiyena Epidemiologiya Mərkəzi WiFi modemlərinin elektromaqnit şüalanmasının gücü ilə bağlı ictimai nəqliyyatda monitorinq aparacaq. Bu məlumatı Movqe.az-a açıqlamasında Respublika GEM-nin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin müdiri Teymiur Teymurov verib. T. Teymurov bildirib ki, hələki müxtəlif yerlərdə istifadə edilən WiFi modemləri ilə bağlı hər hansı yoxlamalar aparılmayıb. Səbəb onların təhlükəsiz olması, ətrafda yaratdığı elektromaqnit şüalanmasının elə də təhlükəli həddə olmamasıdır. Amma T. Teymurov deyib ki, əgər ictimai nəqliyyatda WiFi quraşdırılarsa Respublika GEM-i tərəfindən yoxlama aparılacaq: "Monitorinqlər zamanı elektromaqnit sahəsinin təhlükəlilik səviyyəsi yoxlanılacaq. Hansısa idarə və qurumlara da bu cihazlar quraşdırıldıqa belə araşdırılmır. Çünki həmin modemlərin elektromaqnit sahəsi təhlükəli həddə deyil. Avtobuslarda isə modemlərin hansı gücdə olacağı, hansı sahədə elektromaqnit sahəsi yaradacağı öyrənilməyib. Ona görə də belə bir monitorinqə ehtiyac duyulur".