"İlk baxışda birinə vurulursan, xəyanət başlayır" - Hadisə

26 Oktyabr 2013 16:59 (UTC+04:00)
Türkiyəli müğənni Hadisə "Marie Claire Wedding" nəşrinə maraqlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi eşq axtarışında olmadığını bildirib:

"Heç vaxt eşq axtarmamışam. Amma evlilik gözəl şeydir. Övlad sahibi olmaq istəyirəm, ancaq hələ özüm də uşağam. Evliliyin uzun çəkməsi üçün düzgün insanı seçməlisiniz.
Bu o demək deyil ki, 40 il eyni adamla evli qalıb başqasına qarşı nəsə hiss etməməlisən. Gün gəlir,ilk baxışda birinə vurulursan, xəyanət başlayır."

Qeyd edək ki, 2 həftə əvvəl Hadisənin adı Ozan Çeliklə birgə çəkilmişdi. Buna səbəb onların partidə birlikdə əylənib öpüşməsi idi.