Selena Qomez Castin Biberi unutmayıb

26 Oktyabr 2013 18:08 (UTC+04:00)
Dünya ulduzları Selena Qomez və Castin Biberin ayrılmasından 1 il keçsə də, cütlük haqqında yayılan xəbərlər səngimir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Selenanın 1 il müddətində heç kimlə görüşməməsi onun Castinlə olan münasibətlərini unutmadığını düşünməyə əsas verib. Sənətçiyə yaxın mənbələr onun heç kəsi yaxınına buraxmadığını bildirir.

Müğənni Selena Qomez isə hazırda heç kimlə birlikdə olmaq istəmədiyini və yalnız olmaqdan məmnun olduğunu deyib.