Sinan Akçılın "müqəddəs qadın" dediyi sevgilisi

26 Oktyabr 2013 19:03 (UTC+04:00)

Son vaxtlar Türkiyə gündəminə oturan müğənni Sinan Akçıl və eks maneken Ebru Şallı eşqlərini təsdiqləyiblər.

Gecce.az-ın məlumatına görə, cütlük bir ara görüşdüklərini gizlətsə də, Sinan bu barədə səssiz qalmayıb:

"Ebrunu tanıdığım üçün çox xoşbəxtəm. O, bu günə qədər gördüyüm ən müqəddəs qadınlardan biridir, insanlar imkan versələr, bir-birimizi tanımağa çalışırıq".

İfaçının sevgilisi isə bu açıqlamaları çox bəyəndiyini söyləyərək "Sinanın dedikləri çox xoşuma gəldi. Münasibətimizi sürətləndirən də onun açıqlamaları oldu" deyib.

Sinandan özünə qarşı eşitdiyi komplimentləri isə Ebru qarşılıqsız qoymayıb: "Sinan bir dahidir və mənim üçün çox özəl kişidir".

Qeyd edək ki, bir müddət əvvəl cütlük ortaq dostlarının evinə tanış olub.