Zakir Həsənovdan daha bir təyinat

27 Oktyabr 2013 10:15 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənov vəzifəsindən azad edilib. Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı müdafiə naziri Zakir Həsənov ötən gün əmr imzalayıb. Müdafiə nazirinin digər əmriylə bu vəzifəyə polkovnik Füzuli Salahov təyin edilib. F. Salahov əvvəllər Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb.