“Qazel”lə “Lexus” toqquşdu

27 Oktyabr 2013 11:27 (UTC+04:00)
Cəlilabad rayonunun Göytəpə şəhərində "Qazel" markalı yük maşını ilə "Lexus" markalı maşın toqquşub. "Lexus" markalı maşınının yük avtomobilinin qarşısına çıxması nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi xəsarət alıb. Maraqlıdır ki, qəza nəticəsində bir-birinə dəyən maşınları 1 saata yaxın müddətdə bir-birindən ayırmaq mümkün olmayıb. Hətta hər iki maşını "KamAZ"a qoşub dartmaq üsulundan da istifadə ediblər. Hadisə yerində olan AzNews.az əməkdaşının verdiyi məlumata görə, yol bağlanıb, çox sayda yol polis əməkdaşı hadisə yerinə cəlb edilib. Xəsarət alan şəxslər barədə hələlik məlumat verilmir.
Hadisə şahidləri deyiblər ki, "Lexsus"u bir xanım idarə edirmiş. Qəzadan sonra isə xanım hadisə yerindən uzaqlaşıb və dərhal avtomobilin nömrələri açılıb. Qeyd edilib ki, qəza törədən avtomobildə bir polis işçisi də olub. Xəsarət alanlarla bağlı məlumat almaq üçün Göytəpə şəhər Xəstəxanasına müraciət etdik. Xəstəxanadan bildirdilər ki, onlara qəza ilə bağlı müraciət edən olmayıb.