Ağstafada dəhşətli partlayışda 22 yaşlı qız yandı

27 Oktyabr 2013 11:50 (UTC+04:00)
"Qafqazinfo" Türkel TV-yə istinadən xəbər verir ki, Ağstafa rayon Xətai kəndində qazdan ehtiyatsız davranma nəticəsində partlayış baş verib. 

Hadisə İlqar Abbasova məxsus evin hamamında qeydə alınıb. Nəticədə ev sakinlərindən biri 22 yaşlı Şəbnəm Abbasova ağır yanıq xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Onun müayinəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.