Ağcabədidə maşın su kanalına düşüb, bir ailənin 4 üzvü boğularaq ölüb

28 Oktyabr 2013 10:23 (UTC+04:00)

Ağcabədidə ötən gecə dörd nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.


APA-nın verdiyi  xəbərinə görə, Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün olan Əhmədov Afiq Asif oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını Ağcabədi rayonunun Mehrablı kəndi yaxınlığında su kanalına düşüb.

 

Nəticədə maşında olan 5 nəfərdən dördü – sürücü, onun həyat yoldaşı Əhmədova Lətafət Eliş qızı, sürücünün anası Əhmədova Qönçə Əhmədalı qızı və xalası Quliyeva Səriyyə Əhmədalı qızı kanalda boğularaq ölüb.

 

Maşında olan digər şəxs - sürücünün xalası oğlu Əhmədov Rəşid Əyyub oğlu xilas ola bilib.

 

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.