Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili seçilib

28 Oktyabr 2013 09:34 (UTC+04:00)

Gürcüstanda oktyabrın 27-də keçirilən prezident seçkilərində hakimiyyətdəki "Gürcü Arzusu" koalisiyasının namizədi Georgi Marqvelaşvilinin qalib gəldiyi qətiləşib.


Movqe.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, artıq seçki məntəqələrinin 81%-nin protokolları hesablanıb. G. Marqvelaşvili 62,19% səs toplayaraq rəqiblərini xeyli geridə qoyub.   

 

Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının namizədi, parlamentin sabiq sədri David Bakradze 21,86% səslə ikinci olub. Daha bir keçmiş parlament sədri, Gürcüstanda Rusiya yönümlü siyasətçi kimi tanınan Nino Burcanadze cəmi 10,04% səs alıb.

 

Beləliklə, G. Marqvelaşvili Gürcüstanın növbəti prezidenti seçilib.   

 

Səsvermədə seçicilərin 46,6%-i iştirak edib.

 

Seçki axşamı "exit-poll"arın nəticələri bəlli olduqdan sonra D. Bakradze məğlubiyyətini etiraf edərək G. Marqvelaşvilini təbrik edib.