"İnklüziv təhsil sahəsində maarifləndirmə işinin təşkili" adlı layihə davam edir

28 Oktyabr 2013 10:21 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi sakini Radə Qafarovanın rəhbərlik etdiyi "İnklüziv Təhsil Sahəsində Maarifləndirmə İşinin Təşkili" adlı layihə davam edir. Layihə çərçivəsində 25 oktyabrda Ağcabədi şəhər 11 saylı tam orta məktəbin binasında Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Söbəsinin təşkilatı dəstəyi ilə İnklüziv Təhsil sahəsindəki nöqsanların araşdırılması və bu istiqamətdə dəstəyin göstərməsi mövzusunda konfrans keçirilmişdir. Kondransda layihə rəhbəri Radə Qafarova, Rayon İcra Hakimiyyətinin İctimai-siyası və humanitar şöbəsinin baş məsləhətçisi Fərid Rüstəmov, 11 saylı tam orta məktəbin direktoru Eynulla Hacıyev, Beyləqan rayon Günərzi Qayğı Mərəkəzinin sosioloqu Asif Quliyev çıxışlarında bu sahədə mövcud oldu problemlərdən danışdılar. Digər çıxış edən müəllimlər də layihənin əhəmiyyətini vurğuladılar və belə layihələrin reallaşması üçün müxtəlif fikirlər irəli sürdülər.