GUAM missiyası: Gürcüstanda seçkilər azad və ədalətli keçirilib

28 Oktyabr 2013 10:45 (UTC+04:00)

GUAM təşkilatının müşahidə missiyası Gürcüstanda prezident seçkilərinin azad və ədalətli keçirildiyini bəyan edib.

Trend-in məlumatına görə, missiyanın adından Azərbaycan nümayəndəsi Elton Məmmədov deyib ki, Gürcüstanda keçirilmiş prezident seçkiləri beynəlxalq standartlara cavab verir:

"Hərçənd seçkinin gedişində bəzi texniki nöqsanlar qeydə alınıb, lakin bu, seçkilərə təsir etməyib".