AKP MK Moskvada baş verən olaylara münasibət bildirdi

28 Oktyabr 2013 10:45 (UTC+04:00)

27 oktyabr 2013 -cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti büro iclası keçirilmişdir. İclasda AKP MK büro üzvüləri ilə yanaşı partiya fəalları da iştirak etmişlər.AKP MK-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, sədr Rauf Qurbanov Moskva səfərin yekunları ilə əlaqədar tədbir iştirakçılarına geniş və ətraflı məlumat vermişdir. Daha sonra Azərbaycan kommunistlərinin lideri son zamanlar Moskvada baş verən olaylara da öz münasibətini bildirmiş və millətlər arasında münasibətlərin gərginləşdirilməsinə yönəlmiş bu cür halları kəskin pisləmişdir. Natiq məişət xuliqanlığı zəminində baş vermiş bu hadisənin şişirdilərək onu şouya çevirmək və bu hadisəyə siyasi don geyindirmək istəyən bəzi maraqlı qüvvələrin Azərbaycan və Russiya dostluq əlaqələrinə xələl gətirmək cəhti kimi dəyərləndirmişdir. Rauf Qurbanov 19 oktyabr 2013 - cü ildə RFKP MK -nın milli məsələlərə həsr olunmuş plenumda Rusiya kommunistlərini lideri Q. Zyuqanovun bu məsələlərlə əlaqədar sərt mövqeyini və onun plenumdakı çıxışından bir məqamı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Q. Zyuqanov: " Rusiyada mülli münaqişələri qızışdıranlar Rusiyanın parçalanmasını istəyən ona düşmən olan qüvvələrdir. Bu isə yol verilməzdir. RF -nın gücü onun proletar beynəlmiçiliyindədir və bu gündə partiyanın qarşısında duran əsas vəzəfə, millətlər arasında dostluğun daha da möhkəmləndirilməsidir"

AKP MK -nın sədri Rauf Qurbanov öz çıxışında qeyd etmişdir ki, Moskvada süni sürətdə milli zəmində yaradılmış bu münaqişənin köklərini əslidə tamı ilə başqa bir sahədə axtarmaq lazımdır. RF-də illərlə toplanmış və bu gün də həllini tapa bilməyən iqtisadi problemlər mövcuddur. Rusiyada işsizlik, narkomaniya, alkoqolizm və digər başqa xoşagəlməz hallar ölkəni öz ağuşuna alaraq boğur. Bu da cəmiyyəti deqradasiyaya sürükləyir. Belə bir vəziyyətdə hakimiyyət dairələrinin əsas məqsədi əhalinin diqqətini həlli vacib olan mövcud sosial problemlərdən yayındıraraq milli münaqişələrə yönəltməkdir. Son nəticədə belə hallar Rusiyada ictimai - siyasi vəziyyəti daha da gərginləşdirə bilər.

AKP MK -nın büro iclası digər cari məsələləridə müzakirə edərək öz işinin yekunlaşdırmışdır.