Azərbaycanın iki biznes-ledisi bir arada...-FOTO

28 Oktyabr 2013 10:57 (UTC+04:00)

Məhşur müğənni İradə İbrahimova qızı İpəklə bacısı Nigar İbrahimovanın toy mərasiminə gəlib. Sənətçi toy hazırlıqlarında iştirak edir. Qızının bir illik fasilədən sonra buranın mühitinə alışmağa çalışdığını Movqe.az-a deyən İradə xanım İpəyin gələn ay 3 yaşını tamamlayacağını sözünə əlavə etdi. Bu müddətdə qızının tərbiyəsi ilə məşğul olan İ.İbrahimova yeni mahnmılarını da Türkiyədə səsyazma studiyasında ərsəyə gətirib.

Bacısının toy mərasiminə gəldiyi üçün, hələlik yaradıcılıq barədə təqdimat keçirməyəcəyini deyən sənətçimiz bu vədinin yaxın aylara təsadüf edəcəyini bildirib. Qeyd edək ki, toy mərasimi oktyabrın 31-də baş tutacaq.

İradə xanımı tamaşaçıları sabahdan etibarən Ruhinin təşkilatçılığı ilə təqdim olunan "Özünə bax" layihəsində münsif kimi izləyə biləcək. Sənətçi Ruhi xanımın təklifini qəbul edib, layihəydə iştirakına razılıq verib.