Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi

28 Oktyabr 2013 12:08 (UTC+04:00)

Respublikanın əməkdar artisti Tofiq Qarayev uzun sürən xəstəlikdən sonra Ağdam Mərkəzi rayon Xəstəxanasında dünyasını dəyişib. 

Movqe.az-ın xəbərinə görə, əməkdar artist dünən gecə vəfat edib.


Bu gün Ağdam Dövlət Dram Teatrında Tofiq Qarayevlə vida mərasimi keçirilib.


Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin, rayondakı digər idarə və təşkilatların kollektivləri, incəsənət nümayəndələri, mərhumun dostları və ailəsi iştirak ediblər.


T.Qarayev Quzanlı qəbiristanlığında torpağa tapşırılıb.