“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” dəyişib

28 Oktyabr 2013 12:35 (UTC+04:00)

Nazirlər Kabineti 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib.


APA-nın verdiyi məlumata görə, dəyişiklik doktoranturada təhsilin əsasları ilə bağlıdır. 

 

Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

 

Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.