Dünya gözəlləri Moskva gəzintisində (FOTO,VİDEO)

28 Oktyabr 2013 12:28 (UTC+04:00)

Müsabiqəyə qatılan 87 ölkədən olan dünya gözəlləri Moskva gəzintisinə çıxıblar

Şou-biznes  "Miss universe 2013" gözəllik müsabiqəsinə toplanan dünya gözəlləri Moskvada bir araya gəliblər. RİA Novostinin yaydığı məlumatına görə, bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən müsabiqəyə qatılan 87 ölkədən olan dünya gözəlləri Moskva gəzintisinə çıxıblar.


"Kainat gözəli" adı uğrunda mübarizə aparan qızlar mərkəzi küçələr, Kreml sarayını və Böyük Teatrı gəziblər.


Müsabiqənin finalı noyabrın 5-i və 9-da baş tutacaq. "Krokus Siti Holl"da keçiriləcək müsabiqədə Azərbaycanı "Miss Azerbaijan 2012"nin qalibi Aysel Manafova təmsil edəcək.