MDB dövlət başçılarının zirvə toplantısında Serj Sarksyan yatıb (FOTO, VİDEO)
28 Oktyabr 2013 13:41 (UTC+04:00)
Oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində
keçirilən MDB ölkələri dövlət başçılarının zirvə toplantısında
Ermənistan prezidenti Serj Sarkisyan hamını
təəccübləndirib.Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi
məlumata görə, toplantının qızğın vaxtında Serj Sarksyan
şirin-şirin yatıb.
Qeyd edək ki, Belarusun paytaxtı Minsk şəhərində
Azərbaycan prezidenti ilham Əliyevin də qatıldığı MDB ölkələri
dövlət başçılarının zirvə toplantıda Belarus, Rusiya, Azərbaycan,
Ermənistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan və Moldova
prezidentləri, Qırğızıstan baş nazirinin birinci müavini və
Türkmənistan baş nazirinin müavini iştirak
edib.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin
sözlərinə görə, Sammitin gündəliyinə iqtisadi, humanitar və
təhlükəsizlik sahələrinə aid 14 məsələ daxil edilib.