Zaur və Günayın evlilik ildönümü-FOTOLAR

28 Oktyabr 2013 13:53 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, bu gün teleaparıcılar Zaur və Günayın ailə həyatı qurmalarından bir il ötür. Cütlük bu gün evliliklərinin ildönümünü qeyd edir.

Xatırladaq ki, bu evlilikdən Baxşəliyevlərin Dilavər adlı bir qız övladı dünyaya gəlib. Zaur Baxşəliyev qızına anasının adını qoyub. 

Bu münasibətlə cütlüyü facebookda "Ümid var" verlişinin mətbuat katibi Faiq Ələkbərov da təbrik edib: 


Bu gün Azərbaycan teleməkanının bir nömrəli aparıcısı Zaur Baxşəliyev və xanımı Günay Baxşəliyevanın ailə qurmalarının ildönümüdür. Bu əlamətdar hadisə münasibəti ilə mənə doğma olan Zaur və Günayı ürəkdən təbrik edir, onlara bir ömür boyudavam edəcək xoşbəxtlik arzulayıram. Həyatınıza dünya dolusu səadət gətirən balaca DİLAVƏRinizin qiğıltısı evinizdən əskik olmasın. Zaur, sən mənim üçün çox dəyərlisən! Bu həyatda sənin kimi insanlar azlıq təşkil edir. Sən XOŞBƏXT övladsan. Ona görə xoşbəxtsən ki, Dilavər xanım kimi anan, gözəl ailən, sadiq dostların və Səni hər zaman sevə-sevə izləyən milyonlarla tamaşaçı auditoriyan var. Qapını həmişə uğur, firavanlıq, bolluq, ruzi-bərəkət, bir sözlə, xoşbəxtlik döysün. AMİN !!!

İmza Faiq Ələkbərov