Rihannanın keçmiş sevgilisi həbs olundu

28 Oktyabr 2013 15:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Amerikalı müğənni Kris Braun, Vaşinqtonda bir qalmaqaldan sonra nəzarətə alınıb. Kolumbia polisi spikeri Paul Metcalf, 24 yaşındakı Braunun, Ağ Evə yaxın "W Hotel" ətrafında çıxan döyüşdən sopnra nəzarətə alındığını və qarşısındakı insana hücum etməkdə təqsirləndirildiyini bildirib. Metcalf, hadisəylə əlaqədar 35 yaşındakı Kris Hollosi adlı şəxsin də hücumda təqsirli bilinərək nəzarətə alındığını, Braun və Hollosinin sabaha qədər polis nəzarətində tutulacaklarını deyib. Davada yetkin bir oğlan uşağının da yaralandığı və xəstəxanaya qaldırıldığı bildirilib.