Kainatın ən soyuq yeri tapıldı

28 Oktyabr 2013 15:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Elm insanları, kainatın bu indiyə qədər kəşf edilən ən soyuq yeri olaraq bilinən 5 min işıq ili uzaqlıqdakı Bumeranq Nebulasının yeni bir fotoşəkilini əldə edib. Sentavr Ulduzundakı Nebula mütləq sıfır istiliyindən ( -273,15 dərəcə) yalnız 1 dərəcə daha yüksək , yəni -272 dərəcədir. Kosmosda hərəkət edən qarabasmaya bənzədilən ulduz , Çilidə And Dağları üstündə yerləşən dünyanın ən güclü radio teleskopu ALMA tərəfindən müşahidə edildi. Astronomlar, Bumeranq Nebulasının əsl şəklini və çox soyuq quruluşunu daha yaxşı anlaya bilmək üçün ALMA-nın nəhəng antenalarını Sentavr Ulduzuna doğru çevirib. Bumeranq qalaktikadır , ulduz nüvəsindən çıxan qazdan ibarətdir. Bu qaz xaricə doğru saniyədə 164 kilometr sürətlə hərəkət edir və kosmosda çox böyük bir sürətlə genişlənir . Çox aşağı istiliyin səbəbinin bu sürətli genişləmə olduğu deyilir.