Elyanə Əhmədova iki yeni mahnı bəstələyib

22 May 2012 16:08 (UTC+04:00)

Türkiyədə keçirilmiş "Star Akademi" mahnı müsabiqəsinin finalçısı, Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsinin seçim turlarının iştirakçısı, müğənni Elyanə Əhmədova özü üçün yeni mahnı bəstələyib. Bu barədə Movqe.Az-a müğənni özü məlumat verib. E.Əhmədova bildirib ki, iki yeni mahnı bəstələyib və hazırda həmin mahnıların üzərində çalışır: "İki yeni mahnı bəstələmişəm. Həmin mahnıların üzərində işləyirəm. Mahnılardan birinin sözü Azərbaycan, digərinin sözü isə Türk dilindədir. Mahnıların sözləri mənə məxsusdur".

Fuad Mədətov

Movqe.Az