Zaqatalada göbələkdən zəhərlənən ailənin daha bir üzvü dünyasını dəyişib

28 Oktyabr 2013 16:08 (UTC+04:00)

Zaqatalada göbələkdən zəhərlənən ailənin daha bir üzvü dünyasını dəyişib.


Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 23-də Zaqatala rayonu Yuxarı Tala kənd sakini Məhəmməd Balaşov evindən qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib və oktyabrın 26-da orada ölüb.

 

Qeyd edək ki, oktyabr ayının 23-də də Zaqatala rayonundan göbələkdən zəhərlənmə faktı qeydə alınıb. 

 

Rayonun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü - 1968-ci il təvəllüdlü Balaşov Seyfullah Həsən oğlu, onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Həmzəyeva Mehriban Qurban qızı və iki azyaşlı övladları - 2003-cü il təvəllüdlü Balaşova Zümrüd Seyfullah qızı və 2005-ci il təvəllüdlü Balaşov Məhəmməd Seyfullah oğlu göbələk və xaş yedikdən sonra güclü zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub. Zümrüd Balaşovadan başqa, ailənin 3 üzvü müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

10 yaşlı Zümrüd Balaşova isə həkimlərin səyinə baxmayaraq, oktyabrın 25-də Zaqatala MRX-nın reanimasiya şöbəsində keçinib.