Fazil Talıblı: "Yaşayış binaları tikilərkən istifadə olunan xammalın, tikinti materiallarının standartlara uyğunluğu, keyfiyyəti, təhlükəsizliyi yoxlanılır"
Azərbaycanla sosial-iqtisadi, siyasi əməkdaşlığını genişləndirməyə xüsusi maraq göstərən Ukrayanada tikinti standartlarının Avropa göstəricilərinə uyğunlaşdırılması hazırda ənfəal müzakirə mövzularından birinə çevrilib. Sözügedən ölkədə tikinti prosesində məhz Avropa standartlarını tətbiq etmək istəyirlər. Bəzi ekspertlər isə bildirir ki, belə vəziyyət mənzillərin inşasının bahalaşmasına gətirib çıxaracaq. Amma Avropa standartlarının tətbiqi mənzillərin daha keyfiyyətli olmasına rəvac verəcək.
Azərbaycanda da analoji standartların tətbiqinin vacib olması haqda fikirlər səsləndirilir. İndilikdə isə Azərbaycanda Avropa standartlarına uyğun olan, istər yüksək keyfiyyətli materiallarla tikilən, istər yaşayış sahəsi adambaşına minimum 18 kvadrat metr olan və s. tələblər gözlənilərək inşa edilən mənzillər azlıq təşkil edir. Üstəlik bu cür evlər yüksək satış qiyməti ilə əhaliyə təqdim olunur. Nəticədə əhalinin az hissəsi belə evlərə sahib ola bilir.
"Əmlak Bazarı İştirakçıları" İctimai
Birliyinin icraçı direktoru Ramil Osmanlı Movqe.az-a verdiyi
açıqlamada Azərbaycanda hələ ki, Avropa standartlarına uyğun
mənzillərin tikintisin gözlənilmədiyin bildirib və bunu
səbəblərini belə göstərib: "Azərbaycan mənzil bazarında Avropa
standartlarının tətbiq olunması ümumiyyətlə, bu günün mövzusu
deyil. Öncə ona görə ki, Azərbaycanda Avropa mülkiyyət
məsələlərinə aid olan əmlak məsələlərinə daxil olan mülkiyyət
məsələsi tam olaraq öz həllini tapmayıb. Və eyni zamanda, Avropa
konvensiyasına daxil olan ölkələrdə mülkiyyət hüquqlarının
qorunması tam təbii şəkildə həyata keçirilir. Azərbaycanda
isə bu istiqamətdə müəyyən problemlər var. Bu baxımdan hesab edirəm
ki, bu ilkin hüquqi prosedur Azərbaycanda problem yaşayır. Bu
baxımdan Azərbaycanda bu standartların tətbiqi bu gün üçün
yolverilməzdir. O ki qaldı texniki məsələlərlə bağlı olan digər
prosedurlara, hansı ki, mənzil fondu göstəricilərinin
yaxşılaşdırılması, ümumi mənzil fondu üzrə orta mənzil göstərciləri
və sair, hesab edirəm ki, bunun üçün də Azərbaycana müəyyən
qədər vaxt lazımdır. Ən azından istismar müddəti başa çatmış və bu
gün Azərbaycan bazarının əsas hissəsini təşkil edən, Sovet
dövründən qalmış bəzi binaların sökülməsi, istismardan
çıxarılmasına ehtiyac var. Yəni bunlar həyata keçirilməlidir.
Söhbət Bakı şəhərinin mikrorayonlarının əhatə edən və yaşayış
sahəsi cəmi 25 kvadratmetr olan 3 otaqlı mənzillərdən, və yaxud
1 otaqlı, yaşayış sahəsi 12-13 kvadrat metr olan mənzillərin
bazardan çıxarılmasından gedir. Belə mənzillərin ya əsaslı, kütləvi
rekonstruksiyasına, ya da, ümumiyyətlə, bazardan çıxarılmasına,
sökülüb, yerində yeni binaların tikilməsinə ehtiyac var. Ötən əsrin
30-cu illərində tikintisi həyata keçirilmiş, istismar müddəti
çoxdan başa çatmış bəzi layihələr var ki, bu layihələrin
dövriyyədən çıxarılmasına ehtiyac var. Bunu həyata keçirmədən,
hesab edirəm ki, Azərbaycanda Avropa standartlarının tətbiqi mümkün
olmayacaq".
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri
Fazil Talıblı isə məsələ ilə bağlı saytımıza verdiyi
açıqlamada Azərbaycanda müəyyən standartlarına tələb olunduğunu və
buna xüsusi nəzarət olunduğunudeyib: "Azərbaycanda nə istehsal
olunursa, idxal olunursa, mövcud standartlara uyğun istehsal
olunur. Buna xüsusi nəzarət edilir və o standartlara uyğunluq
yoxlanılır. Yaşayış binaları tikilərkən də orda istifadə olunan
xammalın, tikinti materiallarının standartlara uyğunluğu,
keyfiyyəti, təhlükəsizliyi yoxlanılır. Bunlar laboratoriya
şəraitində yoxlanıldıqdan sonra protokollarla təsdiqlənir.
Ondan sonra xammal olaraq istifadəsinə icazə verilir. Qaldı ki,
mənzillərin özünün ölçülərinin standartlarla tənzimlənməsinə,
Azərbaycanda dövlət standartları ilə yanaşı, dövlətlərarası
standartlar da mövcuddur ki, onlar da ölkəmizdə qüvvədədir. Avropa
standartları isə, Azərbaycan Respublikasında Dövlət standartı qəbul
edildikdən sonra nəzərə alınır. Azərbaycan da dünyanın inkişaf
etməkdə olan parçalarından biri olaraq, burda tikilən mənzillərin
şəraitinin maksimum vətəndaşların xeyrinə yaradılması, onların
rahat, sərbəst və müasir tələblərə uyğun yaşaması üçün bütün
imkanlar yaradılır. Hesab etmirəm ki, Azərbaycanda tikilən yeni
binalarda bu minimal tələblər nəzərə alınmasın".