Bakı-Sumqayıt yolunda qəza böyük tıxaca səbəb oldu, yaralılar var - FOTO

29 Oktyabr 2013 10:28 (UTC+04:00)

Bu gün saat 08:00 radələrində Bakı-Sumqayıt yolu istiqamətində, Masazır yolunda ağır avtomobil qəzası baş verib. Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil ilə "Hyundai" markalı maşın toqquşub. Qəza nəticəsində yolda böyük tıxac yaranıb.


Abşeron Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, qəza nəticəsində hər iki avtomobilin sürücüsü yaralanıb. Xoşbəxtlikdən, qəza nəticəsində ölən olmayıb. Ehtimal olunur ki, qəzanın baş verməsinə yüksək sürət və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub.