Suriya qoşunları Sadad şəhərini geri qaytardı

29 Oktyabr 2013 11:19 (UTC+04:00)

Üsyançılar böyük itki verməmək üçün şəhəri tərk ediblər

Dünya  Suriya qoşunları Dəməşqin cənubunda yerləşən xristian şəhəri Sadadı üsyançılardan azad ediblər. Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hökümət qüvvələri Sadadı mühasirəyə alıb, üsyançılar böyük itki verməmək üçün şəhəri tərk etməli olublar. 


Qeyd edək ki,Suriyada vətəndaş müharibəsinə qədər xristianlar ümumi əhalinin 10%-ni təşkil ediblər. 2011-ci ildən ölkədə mindən çox xristian öldürülüb, 40-dan çox kilsə dağıdılıb. 300 mindən çox xaçpərəst ölkədən qaçıb.