Hicablı Xuraman Şuşalı ailəsi ilə bir arada-FOTOLAR

29 Oktyabr 2013 11:13 (UTC+04:00)
Ailə həyatı qurduqdan sonra hicab bağlayan və yalnız qadın məclislərində iştirak edən müğənni Xuraman Şuşalı ailəsi ilə birlikdə görüntülənib. Mövqe.az-ın məlumatına görə ifaçı həyatyoldaşı və uşaqları ilə istirahət edən zaman çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb. 

Məlumat üçün qeyd edək ki, Xuraman Şuşalı Elçin adlı şəxslə 2010-cu ilin avqust ayında evlənib. Müğənni bir qız və bir oğul anasıdır. 


P.S Qeyd edək ki, müğənni Xuraman Şuşalı din yolunu tutduqdan və günahlarına görə tövbə etdikdən sonra bütün media orqanlarına hicabsız şəkillərini paylaşmağı qadağa edib. Onun öz dediyinə görə, cahil vaxtında çəkdirdiyi açıq-saçıq şəkilləri yayan insanlara haqqını halal etmədiyini dəfələrlə bildirib.