Bakıda gecə 23 yaşlı gənci meyiti tapıldı

29 Oktyabr 2013 11:50 (UTC+04:00)

Gəncin naməlum avtomobil tərəfindən vurulduğu bildirilir


Hadisə  Bu gecə saat 00:30 radələrində Bakının Qaradağ rayonunda naməlum ölüm hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Ələt qəsəbəsi ərazisində 23 yaşlı gəncin meyiti tapılıb. Araşdırmalar zamanı ölən şəxsin Atamoğlan Qəhrəmanov olduğu məlum olub.


Meyidin müayinəsi zamanı onun avtomobil zərbəsi nəticəsində dünyasını dəyişdiyi məlum olub. Hazırda piyadanın nə zaman və hansı avtomobil tərəfindən vurulduğu araşdırılır.