Azərbaycanda iki minik avtomobili toqquşdu

22 May 2012 17:56 (UTC+04:00)

Bu gün günorta saatlarında Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Movqe.Az xəbər verir ki, Lənkəran şəhərinin Z.Əliyeva küçəsində iki minik avtomobili toqquşub. Qeyd edək ki, avtomobili idarə edən hər iki şəxs Lənkəran şəhər sakinidir.

Hadisənin şahidlərinin sözlərinə əsasən, hadisəyə səbəb yüksək sürət olub. Qəza nəticəsində "Vaz 21 06"  və "Mercedes" markalı avtomobil sürücüləri xəsarət alıb. "Mercedes" markalı avtomobilin sahibi Rəsul Əliyev müxtəlif bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib.

Hal-hazırda hər iki sürücünün vəziyyəti yaxşıdır. Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az