Cərimələrdən toplanan vəsaitin bir hissəsi tibb işçilərinin maaşlarına əlavə ediləcək

29 Oktyabr 2013 13:51 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklər müzakirə olunub.

Movqe.az-ın məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti (Səhiyyə Nazirliyi) orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür. Komitə sədri Hadı Rəcəbli deyib ki, bu dəyişiklik əhalinin sağlamlığının qorunması sahəsində inzibati xətalara qarşı məsuliyyət tədbirlərinin gücləndirilməsi, tibb işçilərinin maddi təminatına və sosial müdafiəsinin artırılması məqsədi daşıyır. Layihə səsə qoyularaq qəbul olunub.