İƏT baş katibi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

29 Oktyabr 2013 14:47 (UTC+04:00)

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi onun nüfuzuna zərbə vurur, Dağlı Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının mümkünlüyünə insanların inamını sarsıdır".


APA-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

 

İclas dünyada sülh və təhlükəsizliyin təmin olunmasında BMT-İƏT əməkdaşlığına həsr olunub. O qeyd edib ki, İƏT Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsindən narahatdır: "Tərəfləri münaqişəni sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə, Azərbaycan Respublikasının beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırırıq".