Azərbaycanda həlak olan hərbçilərin ailəsinə müavinət veriləcək

29 Oktyabr 2013 14:53 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.


Movqe.az-ın məlumatına görə, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

Dəyişikliklərə əsasən, sığorta olunan həqiqi hərbi xidmət zamanı həlak olduqda və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmənin qərarı ilə ölmüş elan olunduqda, həmçinin xəsarət aldıqda, habelə hərbi xidmətdən azad edildikdən 3 il sonra dünyasını dəyişdikdə, ailəsinə sığortanın 100%-i həcmində müavinət veriləcək. Hərbi xidməti yerinə yetirərkən xəsarət alan və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik müəyyən edildikdə, birinci qrup əlilə sığortanın həcminin 80%-i, ikinci qrup əlilə 60%-i, üçüncü qrup əlilə 40%-i, ağıq xəsarət aldıqda - 25%-i, yüngül xəsarət alana isə sığortanın 5%-i miqdarında müavinət veriləcək.

 

Layihə səsə qoyularaq qəbul olunub.