ABŞ Senatı yeni qərar verib

29 Oktyabr 2013 15:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ Senatının kəşfiyyat komitəsi ölkənin nəzarət fəaliyyətinə yenidən baxılmasını bəyan edib.  Komitə rəhbəri, Diane Feinsteyin dost ölkə rəhbərlərinin telefonlarının dinlənməsinin olduqca yalnış olduğunu bildirib. Diane Feinsteyn Ağ Evin bu cür hallara son qoyacağını desə də, yuxarı rəhbərlik rəsmilərindən birinin BBC-yə verdiyi şərhdə heç bir siyasi dəyişikliyin edilmədiyi bildirilib. Yuxarı rütbəli ABŞ kəşfiyat agentliyi çərşənbə axşamı Nümayəndələr paıatasıyla görüşdən əvvəl bunu təsdiqləyib. Jurnalistlərin sözlərinə görə Ağ Ev üzərində olan təzyiqlər getdikcə güclənməkdədir.  Prezident Barak Obamanın nəyə görə kəşfiyyat toplama fəaliyyətindən xəbərdar olmaması isə mübahisələri artırmaqda davam edir. Cənab Barak Obama ictimayyətə verdiyi şərhində, niyyətinin ABŞ mütəffiqlərinin telefonlarını dinləyənlərin fəaliyyətlərini dərindən araşdırmaq və tapmaq olduğunu bildirib. "Biz onlara siyasi yön verəcəyik. Son bir neçə ildə onlarınnn bacarıqlarının artığı görünür. Fəaliyyətlərə yenidən baxışla onların etdiyinin elə də əhəmiyyətli olmadığını göstərəcəyik" – bu sözləri Prezident Barak Obama "ABC's Fusion"a deyib.