Narıncı həyəcan təbili çalındı

29 Oktyabr 2013 15:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avropada sürəti 194 kilometrə çatan fırtınada ən az 13 nəfər ölüb, uçuşlar , qatar səfərləri ləğv edilib. Parklar həyat təhlükəsizliyi olmadığından bağlanılıb.

Minlərlə ev işıqsız qalıb

Qasırğada Almaniyada 4 nəfər avtomobillərinin üzərinə ağac aşması nəticəsində, 2 nəfər isə dənizdə boğularaq həlak olub. İngiltərədə avtomobil və evlərinə ağac düşən 5 nəfər, Hollandiya və Danimarkada da isə bir nəfər ölüb. Fransada 1 nəfər itkin düşüb. Ən böyük ziyan İngiltərədə yaranıb. Paytaxt London da daxil olmaqla ölkədə St. Jude adı verilən qasırğa, təxminən 220 min evi işıqsız qoyub. Cənubi sahilindəki Isle of Wight adasında küləyin sürəti saatda 159 km-ə çatıb. Londonun məşhur parkı Hyde Park isə bağlanılıb. 

Avropanın ən fəal  havalimanı Heathrovda ən az 130 uçuş ləğv edilib. Londonu , Paris və Brüssel kimi digər Avropa şəhərləriylə birləşdirən sürətli qatar Eurostarda da axsaqlıqlar  yaşanıb. Baş nazir Köməkçisi Nick Cleg , Londonda kabineti topladığı hökumət binasının üzərinə kran düşməsi səbəbilə aylıq mətbuat yığıncağını ləğv etmək məcburiyyətində qalıb.

Qatar səfərləri təxirə salınıb

Hollandiya və Almaniyada da qatar səfərləri dayandırılıb, uçuşlar ləğv edilib. Hollandiya da fırtına səbəbiylə xalqa " Velosipedə minməyin " xəbərdarlığı edilib. Fransada şimalda 7 bölgədə narıncı həyəcan təbili çalınıb, 75 min evin işığı kəsili . Fırtınanın sürəti Danimarkada 194 km qiymətləndirilib. İsveçdə Meteorologiya İnstitutu, dünən fırtınanın üçüncü səviyyəyə yüksəldiyini açıqlayıb. Avropa daxilində sosial mediada "stormageddon " ( fırtına - böyük qiyamət) şərhləri edilib.