Fransızlar öz Prezidentlərini niyə sevmir?

29 Oktyabr 2013 16:03 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransada dünən yayımlanan bir anket prezident François Hollandenin tarixin ən sevilməyən lideri olduğunu göstərib. Fransızların yalnız 26 faizi Hollandenin siyasətlərini təsdiqləyir. Bu nisbət BVA şirkətinin 32 ildir davam etdirdiyi anketdə əvvəllər heç vaxt 30 faizdən aşağı olmamışdı. Xüsusilə sağ partiyalara səs verən seçicinin yüzdə 97 faizi Hollande haqqında mənfi fikir bildirib. Yüksələn vergilər və iqtisadiyyatdakı durğunluq Hollandenin sevilməməsinə  öz təsirini göstərir.