Nura Suri tualetdə şəkil çəkdirənlərdən danışdı

29 Oktyabr 2013 16:35 (UTC+04:00)

Nura Surini bu dəfə də öz işi ilə məşğul olmayıb, ona-buna söz atanlar əsəbləşdirib. Mövqe.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə onlara belə bir status ünvanlayıb: "Mız qoymaq ancaq bizə məxsus adətdir.  "Mız"qoyanlara , "vedrə" bağlamağa mövzu olmayanda "Лифтолук" fotoları müzakirə etməyə başlayırlar :)))) Güzgüdən şəkil çəkməyin kimə nə ziyanı var, anlamıram. Yenə də tualetdə şəkil çəkənləri qınaq etmək olar, amma onun da heç kəsə ziyanı yoxdur. Ay camaat, öz həyatınızı yaşayın! Həyatınızdan zövq alın! Başqa insanların sizə aidiyyatı olmayan hərəkətlərini müzakirə etməyin! Rəsmən qiybətdir etdiyiniz".