Apple-ın mənfəətində azalma olub

29 Oktyabr 2013 19:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Apple dördüncü dörddəbirdə 7,5 milyard dollar mənfəət qazandığını açıqlayıb. 33,8 milyon ədəd iPhone satışlarında 26% artım olmasına baxmayaraq istənilən mənfəət qazanıla bilinməyib. Applenin dəqiq qazancı 37 milyard dollara düşüb, həmçinin şirkət 11 ildə ilk dəfə maliyyə ilini mənfəətində azalma ilə sona çatdırıb. Apple müdiri Tim Cook "İşlərin hər zamankından yaxşı olduğunu" söyləyir.

Lakin analitiklər kadr çatışmamazlığının gələn il də davam edə biləcəyini bildirib, şirkətin gələcəyiylə bağlı proqnozlar hamını məyus edib. Apple gələn il gəlirinin 55-58 milyard dollar arasında olmasının gözlənildiyini söyləyib.