iPhone –nun qiyməti aşağı düşdü

22 May 2012 19:10 (UTC+04:00)

Apple şirkəti yeni  iPhone istehsal edir. Bu səbəbdən də, digər iPhone modellərinin qiymətini aşağı salır.  

Analitik Piter Misekin fikrincə, Apple şirkəti dünyanın ən məşhur və eyni zamanda da, ən güclü şirkətləriylə müqabilə bağlayıb. O yeni modeli yüksək qiymətə satmaq məqsədiylə, digər modellərin qiymətini aşağı salır.

Qeyd edək ki, ABŞ-da bu smartfonun qiyməti 200-250 dollara düşüb.

Türkan Nadirqızı

Movqe.Az