3120 binanın sakinlərinə şad xəbər

29 Oktyabr 2013 22:15 (UTC+04:00)
"Azəristiliktəchizat" ASC Azərbaycanda noyabrın 15-dən başlayacaq 2013-2014-cü il istilik mövsümünə tam hazırdır. ASC-dən Trend-ə bildiriblər ki, 2013-2014-cü il mövsümünə hazırlıq çərçivəsində tədbirlər planında nəzərdə tutulan bütün lazımi işlər görülüb. Həmçinin, ASC tərəfindən istilik xətlərinin çəkilməsi, təmiri və dəyişdirilməsi, qazanxanaların tikintisi və təmiri, o cümlədən nasosların quraşdırılması və təmiri işləri aparılıb. ASC-dən deyiblər ki, qış mövsümündə istehlakçıların istiliklə tam təmin olunması üçün bütün lazımi işlər görülüb. "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, 2013-2014-cü il istilik mövsümündə istiliklə təchiz olunacaq yaşayış binalarının sayı 3120-dir. Ötən mövsüm isə bu göstərici 2819 yaşayış binası olub. Bu il ölkədə istilik enerjisi ilə təmin edilən obyektlərin sayı və onların inkişaf dinamikası ilə bağlı ümumi cədvəl:


Obyektlər

2013-2014-ci illərdə ümumi sayı

2004-2005-ci illərdə ümumi sayı

Yaşayış binaları

3120

988

Məktəblər

277

146

Uşaq bağçaları

152

84

Səhiyyə müəssisələri

139

61

Digər sosial obyektlər

Təxminən 400

91