Gürcüstanın Milli Təhlükəsizlik Şurasına qadın rəhbərlik edə bilər

30 Oktyabr 2013 10:37 (UTC+04:00)

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına "Gürcü arzusu" partiyasının liderlərindən biri - parlamentin komitə sədri İrina İmerlişvili rəhbərlik edə bilər.

Bu barədə parlament çoxluğunun lideri David Saqanelidze bildirib. O İmerlişvilinin bu vəzifəyə layiqli namizəd olduğunu vurğulayıb: "İrina çox gözəl insandır, peşəkardır və yeganə qadın generaldır. Məndən asılı nə olsa, mən onun Təhlükəsizlik Şurası katibinə namizədliyini dəstəkləyəcəyəm".