Bakıda dəhşətli qəza: sürücünün başı qopdu

30 Oktyabr 2013 10:45 (UTC+04:00)

Bakının Sabunçu rayonunda aeroportdan üzü şəhər istiqamətində gedən yolda bir nəfərin ölümünə səbəb olan ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Samir Səlimovun idarə etdiyi mikroavtobusla əks istiqamətlə hərəkət edən motosiklet toqquşub.


Anspress bildirir ki, qəza nəticəsində motosikletin sürücüsünün başı bədənindən ayrılıb. 


Hadisədən sonra ərazi polislər tərəfindən nəzarətə götürülüb və qəza yeri müayinədən keçirilib. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, dünyasını dəyişən motosiklet sürücüsünün üzərindən heç bir sənəd tapılmadığından hələlik onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 


Onun təxminən 25-30 yaşlarında kişi olduğu bildirilir. Həmçinin motosikletin də üstündə dövlət qeydiyyat nişanının olmaması polisləri işini bir qədər çətinləşdirib. 


Hadisə yeri müayinədən keçiriləndən sonra isə mərhumun meyiti ekspertizadan keçirilməsi üçün morqa aparılıb.


Qəza ilə bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri istintaq və təyin edilən ekspertizanın yekun rəyindən sonra məlum olacaq.