İsrail 26 fələstinli məhbusu azad etdi

30 Oktyabr 2013 11:58 (UTC+04:00)

Mahmud Abbas: "Bütün fələstinlilər həbsdən azad olunmadan İsrail tərəfi ilə sülh müqaviləsi imzalanmayacaq"

Dünya  Bu gecə İsrail həbsxanalarından 26 məhbus azadlığa buraxılıb. 


Ans press-in İsrail mətbuatına istinadən verdiyi məlumata görə, minlərlə fələstinli 26 məhbusun azad olunmasını münasibəti ilə meydana çıxaraq bayram edib. Bu məhbuslar regional sülh prosesinin yenilənməsi haqqında anlaşma çərçivəsində İsrail hakimiyyəti tərəfindən əfv ediliblər.


Fələstin milli muxtariyyətinin rəhbəri Mahmud Abbas, məhbusların azad olunması münasibəti ilə çıxış edərək bildirib ki, Fələstin, İsrail həbsxanalarında əldən düşən fələstinlilərin azad olunması üçün səyləri davam etdirəcək: "Hansı səbəbdən həbs olunmalarından və ya nə qədər həbsdə yatmalarından asılı olmayaraq, bütün məhbuslar evlərinə qayıdacaq və sürgünə göndərilməyəcəklər. Biz isə bütün fələstinlilər həbsdən azad olunmadan İsrail tərəfi ilə sülh müqaviləsi imzalanmayacaq". 


Məhbuslardan 21 nəfəri İordaniyanın Qərb sahilinə, 5 nəfəri də Qəzza bölgəsinə qayıdıb.